TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ Nümunə Maddələri

TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ. 9.1. Bank: - Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Əmanətçinin adına müddətli əmanət hesabı açmaq və əmanət məbləğini qəbul etməklə saxlamaq; - Əmanətçiyə müvafiq əmanət müqaviləsində göstərilən dərəcədə faizlər hesablamaq və onun ▇▇▇▇ hesabına köçürmək; - Əmanət müqaviləsinin müddəti bitdikdə Əmanətçiyə əmanət məbləğini qaytarmaq və hesablanmış faizləri ödəmək; - Əmanətin qaytarılması və ya onun faizlərinin ödənilməsi şərtləri pozulduqda Əmanətçinin ▇▇▇▇ hesabına hər gecikdirilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının bank faizlərinin uçot dərəcəsi ilə nəzərdə tutulan məbləğdə cərimə ödəmək; - Hesabdan çıxarışlar və digər sənədləri Əmanətçinin özünə və yalnız müvafiq etibarnamə əsasında onun nümayəndələrinə vermək; - Əmanətçinin hesabı üzrə aparılan əməliyyatlar və məbləğin qalığı barədə məlumatları üçüncü şəxslərə yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda vermək; - Müddətli əmanət hesabında ▇▇▇▇ pul vəsaitinə Əmanətçinin qanunvericiliyə uyğun olaraq maneəsiz sərəncam vermək hüququna təminat verməklə, bu vəsaitdən istifadə etmək; - Əmanətçinin Bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələri, həmçinin bu Müqavilə ilə müəyyən edilmiş komisyon haqqlarını akseptsiz qaydada müddətli əmanət hesabından silmək; - Hazırki Müqavilənin 11.2-ci bəndində göstərilən qaydada Bank əmanət üzrə faiz dərəcəsini dəyişdirmək hüququna malikdir; - Müvafiq əmanət üzrə illik faiz dərəcəsini qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən artıq olmamaq şərtilə birtərəfli qaydada artırmaq hüququna malikdir.
TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ. 7.1. Tərəflərin Sığorta müqaviləsi üzrə hüquq və vəzifələri Sığorta müqaviləsinin (şəhadətnamənin) şərtləri, hazırki qaydalar və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzim edilir. 7.2. Sığortalının vəzifələri: a) Sığorta müqaviləsinin bütün şərtlərinin gözlənilməsi; b) Sığorta müqaviləsi bağlanarkən, sığorta riskini qiymətləndirmək üçün əhəmiyyət kəsb edən və ona məlum ▇▇▇▇ təfərrüat barədə, və həmçinin, hər bir sığorta obyektinə münasibətdə bağlanmış və ya bağlanan bütün sığorta müqavilələri barədə Sığortaçıya məlumat vermək; c) müqavilənin quvvədə olduğu müddətdə sığortalanmış əmlaka dəyən ziyanın qarşısını almaq və ya azaltmaq üçün bütun tədbirləri görmək; ç) sığorta haqqını vaxtında ödəmək. d) Sığorta müqaviləsi üzrə hüquq və vəzifələr Sığortalı tərfindən tam və ya qismən üçüncü tərəfə verilə bilməz, burada Sığortalının yazılı formada təsdiq edilmiş razılığı olduğu hal istisna təşkil edir. e) Sığorta müqaviləsində göstərilən bütün vacib dəyişikliklər barədə Sığortaçıya vaxtında xəbər verməli;
TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ. 11.1.1. Sığortalı sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə ▇▇▇▇▇ olmaq hüququna malikdir. 11.2.1. Sığortalı sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum ▇▇▇▇, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 11.2.2. Sığortalı bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etməlidir. 11.3.1. Sığortaçı sığortalı barədə, habelə onun keçmiş hadisə tarixi barəsində məlumat toplamaq hüququna malikdir. 11.4.1. Sığortaçı sığortalını müqavilənin əsaslandığı sığorta qaydaları ilə ▇▇▇▇▇ etməlidir. 11.4.2. Sığortaçı bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etməlidir.
TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ. 24.1. İstifadəçi öz üzərinə aşağıdakı öhdəlikləri götürür: 24.1.1. Mobil telefon SİM-kartının və mobil cihazının itməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək; 24.1.2. Mobil telefon Sim-kartının və/və ya mobil cihazının itirilməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi barədə məlumatı dərhal Bankın 117 nömrəsinə zəng edərək məlumat vermək; 24.1.3. Bank tərəfindən tələb edildikdə Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etmək. Müvafiq qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında, mobil nömrəsində və əvvəllər “Bank”a təqdim edilmiş digər məlumatlarda baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində “Bank”a yazılı məlumat vermək; 24.1.4. Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalarına və Mobil Bankçılığa Bank tərəfindən birtərəfli qaydada dəyişikliklərin edilməsi hüququnu qəbul edir. Qaydalara edilmiş dəyişikliklər Mobil bankçılıqda yerləşdirildiyi gün İstifadəçi tərəfindən onların qəbul edildiyi gün sayılır. 24.2. İstifadəçinin aşağıdakı hüquqları var: 24.2.1. Mobil Bankçılıq vasitəsilə nəzərdə tutulmuş əməliyyatları aparmaq və sənədləri imzalamaq; 24.2.2. Mobil bankçılıq vasitəsilə aparılmış hər hansı əməliyyatla bağlı sorğu və etirazı Bankın 117 nömrəsinə zəng etməklə vermək. Sorğu və etiraz əməliyyatın həyata keçirildiyi gündən yalnız 14 (on dörd) iş günü ərzində verilə bilər. Bu müddət keçdikdən sonra Banka ünvanlanmış sorğular və etirazlara baxılmır və cavablandırılmır. 24.2.3. İstifadəçi Bankın mövcud və gələcəkdə təklif edəcəyi bütün növ elektron xidmətlərdən istifadə hüququnu əldə edir və elektron xidmətlərdən istifadə qaydaları İstifadəçi ilə Bank arasında ayrıca razılaşdırılacaq. Elektron xidmətlər haqqında ətraflı məlumatları “sayt”dan əldə etmək olar. 24.3. Bank öz üzərinə aşağıdakı öhdəlikləri götürür: 24.3.1. Müştəridən məlumatın daxil olduğu tarixdən etibarən ən geci növbəti iş günü ərzində İstifadəçinin mobil bankçılıqda olan qeydiyyat yazısını bloklaşdırmaq; 24.4. Bankın aşağıdakı hüquqları var: 24.4.1. Bankın qüvvədə olan tariflərinə uyğun istifadəçinin hesablarından akseptsiz komisyon haqqını silmək; 24.4.2. Mobil Bankçılığa və Mobil bankçılıq vasitəsilə xidmət gös...
TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ. 3.1. Müraciət edənin (hüquqi yardım göstərilən şəxsin) hüquq və vəzifələri: 3.1.1. həvalə edilmiş işin hüquqi perspektivinin izahı, tapşırığın icrasının gedişi barədə, hüquqi yardımın, müdafiənin təşkil edilməsi və həyata keçirilməsinin mümkün hüquqi vasitələri haqqında vəkildən məlumat almaq; 3.1.2. tapşırığın icrası başa çatdıqdan sonra işin nəticəsi haqqında vəkildən yazılı (və ya şifahi) hesabat tələb etmək və vəkil tərəfindən toplanmış, müraciət edənə (və ya hüquqi yardım göstərilən şəxsə) aid zəruri sənədləri qəbzə imza etməklə almaq; 3.1.3. yazılı qaydada müqavilə üzrə vəkilə verdiyi tapşırıqları məhdudlaşdırmaq, ▇▇▇▇ götürmək, yaxud müqaviləni ləğv etmək və ya vəkildən imtina etmək; 3.1.4. tapşırığın icrası üçün zəruri əhəmiyyəti ▇▇▇▇ sənədləri və məlumatları şifahi və ya yazılı qaydada vaxtında vəkilə təqdim etmək; 3.1.5. həqiqətə uyğun olmayan sənədlərin və məlumatların verilməsinə, tapşırığın icrası üçün zəruri ▇▇▇▇ sənədlərin və məlumatların verilməməsinə və ya vaxtında verilməməsinə görə yaranmış nəticələr üçün məsuliyyət daşımaq; 3.1.6. hüquqi yardıma görə haqqı və tapşırığın icrası ilə əlaqədar vəkilin çəkdiyi və ya çəkməli olduğu xərcləri müqavilədə (və ya Əlavədə) nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək. 3.1.7. Vəkil tərəfindən təqdim olunmuş və bu müqavilənin icrası ilə bağlı müraciət edənə məlum ▇▇▇▇ məlumatları, vəkil sirrini qorumaq, üçüncü şəxslərə verməmək və vəkilin peşə fəaliyyətinə ▇▇▇▇▇ ▇▇▇▇ biləcək hər hansı digər formada istifadə etməmək.
TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ. 20.1. Sığortaçının vəzifələri: 20.1.1. Sığortalıya Sığortaçı tərəfindən müəyyən edilmiş qaydada tərtib olunmuş sığorta müqaviləsini vermək və Sığortalını sığortanın şərtləri ilə ▇▇▇▇▇ etmək; 20.1.2. Sığorta hadisəsi baş verdiyi halda müqavilə ilə müəyyən edilmiş müddət ərzində və sığorta məbləği(ləri) çərçivəsində dəymiş zərərin əvəzini ödəmək; 20.1.3. Sığortalı tərəfindən sığorta riskinin baş verməsi ehtimalını azaldan və dəyə biləcək zərərin baş vermə riskini aşağı salan tədbirlərin həyata keçirilməsindən sonra, Sığortalının məlumatına əsasən həmin halları nəzərə alaraq müqavilənin şərtlərinə müvafiq dəyişiklikləri etmək; 20.1.4. Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olunmaqla, Sığortalı (Faydalanan şəxs) və onun maddi durumu haqqında məlumatı yaymamaq; 20.1.5. Sığortalı tələb etdikdə, sığorta müqaviləsinin (sığorta şəhadətnaməsinin) və sığortanı təsdiqləyən digər sənədlərin surətini təqdim etmək; 20.1.6. Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.
TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ. 3.1. Alıcının hüquqları: 3.1.1. Bu Müqavilədə müəyyən olunmuş müddətdə və qaydada Malların mülkiyyətinə verilməsini Satıcıdan tələb etmək; 3.1.2. Malların çeşidi bu Müqaviləyə və ya qarşılıqlı razılaşmaya uyğun gəlmədikdə həmin ▇▇▇▇▇▇▇ Satıcıya ödəniş etmədən qaytarmaq və ya Malların dəyərinin mütənasib surətdə azaldılmasını Satıcıdan tələb etmək. 3.2. Alıcının vəzifələri: 3.2.1. Bu Müqavilənin şərtlərinə uyğun ▇▇▇▇▇▇▇ elektron-qaimə əsasında Satıcıdan qəbul etmək; 3.2.2. Malların dəyərini Satıcıya Müqavilə şərtlərinə uyğun ödəmək. 3.3. Satıcının hüquqları: 3.3.1. Bu Müqavilə üzrə alınması nəzərdə tutulan Malların razılaşdırılmış qiymətinin Alıcı tərəfindən Müqavilə və onun ayrılmaz tərkib hissələrində göstərilmiş vaxtda və məbləğdə ödənilməsini tələb etmək; 3.3.2. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlar. 3.4. Satıcının vəzifələri: 3.4.1. Bu Müqaviləyə uyğun olaraq, ▇▇▇▇▇▇▇ ▇▇▇▇▇▇▇ vaxtında təhvil vermək; 3.4.2. Alıcıya Malların keyfiyyəti barəsində müvafiq məcburi tələblərə uyğun gələn Mallar vermək.
TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ. 3.1. Turoperator borcludur ki: 3.1.1. Turagenti turistik məhsul (səfərin şərtləri, xidmət, yerləşdirmə, xidmətlərin göstərilməsi, qidalanma, müalicə proqramları, asudə vaxt və s., eləcə də bütün əlavə və dəyişikliklər haqqında) və eləcə də eletron-poçt və veb-saytın köməyi ilə onlara dair qiymət təklifləri haqqında məlumatla təmin etsin;
TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ. 19.1. Sığortaçının vəzifələri: 19.1.1. Sığortalıya sığortaçı tərəfindən müəyyən edilmiş qaydada tərtib olunmuş sığorta müqaviləsini vermək və sığortalını sığortanın şərtləri ilə ▇▇▇▇▇ etmək; 19.1.2. Sığorta hadisəsinin baş verdiyi halda müqavilə ilə müəyyən edilmiş müddət ərzində və sığorta məbləği çərçivəsində zərərləri ödəmək; 19.1.3. Sığortalı tərəfindən sığorta riskinin baş verməsi ehtimalını azaldan və dəyə biləcək zərərin baş vermə riskini aşağı salan tədbirlərin həyata keçirilməsindən sonra, Sığortalının məlumatına əsasən həmin halları nəzərə alaraq müqavilənin şərtlərinə müvafiq dəyişiklikləri etmək; 19.1.4. Azərbaycan Respublikasının qanunvericiliyində göstərilmiş halları istisna etməklə, Sığortalı və onun maddi durumu haqda məlumatı yaymamaq; 19.1.5. Sığortalı tələb etdikdə, sığorta şəhadətnaməsini və sığortanı təstiqləyən digər sənədlərin surətini təqdim etmək. 19.1.6. Sığorta müqaviləsi və qanunvericiliklə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.
TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ. Tərəflərin bu Müqavilə üzrə hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi və bu Müqavilə ilə müəyyən edilir.